BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Yanğından Mühafizə Xidməti 95 minlik şampun, sabun, süpürgə, xəkəndaz, əlcək, vedrə almaq istəsə də, “stop” qoyuldu

Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin təmizliklə bağlı malların alınması ilə əlaqədar elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Alınacaq məhsullara yuyucu toz, qab şampunu, sabun, süpürgə, xəkəndaz, rezin əlcək, vedrə və s. daxil olub. Kotirovka sorğusunun dəyəri 95 919 AZN idi.

 

Cabir Həsənov

Tarix: 17 Fevral 2025, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin