BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda son sutkada koronavirusdan 162 nəfər vəfat etdi

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb.

 

İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.APA

Tarix: 29 İyun 2020, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin