BURADA REKLAMINIZ OLA
BİLƏR

"Uşaqlara tapşırmışdım ki, "Ayət əl-Kürsi"ni əzbərləsinlər"

Müğənni Xuraman Şuşalının başına iş gəlib. Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, yanmış qazanın görüntülərini izləyiciləri ilə bölüşərək evdən çıxarkən qazı söndürməyi unutduğunu bildirib:

 

"Həyatımın səhvini etdim. Uşaqlar üçün yeməyi qızdırırdım. Həyat yoldaşım da həyətdən tez-tez zəng edirdi ki, ad gününə gecikirik. Qazı söndürməmiş getmişəm. Üstündən iki saat keçdikdən sonra yadıma düşüb ki, qazı söndürməmişəm. Öldüm... Evdən çıxmamış da uşaqlara tapşırmışdım ki, "Ayət əl-Kürsi"ni əzbərləsinlər. Bəlkə 100 dəfə "Ayət əl-Kürsi" oxuyublar. Allaha qurban olum. Bir dəqiqənin səhvi, diqqətsizliyi. Uşaqlar iyi hiss etməsəydilər, görəsən, nə olardı?".

Tarix: 17 Fevral 2025, 21:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin