Gəncə Apellyasiya Məhkəməsində Ağdam Musiqi Kollecinin rüşvət almada təqsirləndirilən direktoru Rafail Musayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin təyin edilmiş 3 il sınaq müddəti artırılmaqla 4 il həddində müəyyən olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.
Qeyd: Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib. Belə ki, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. İttihama görə, o, 15 müəllimdən dərs saatlarını artırmaq üçün rüşvət götürüb. Rafail Musayev həmçinin kursdan kursa keçmək üçün bəzi tələbələrin yaxınlarından da pul tələb edərək alıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Sonra apellyasiya protestinə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən qərar çıxarılıb. Qərara əsasən, təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılıb. Daha sonra Rafail Musayev saxlanılıb və 02 saylı İstintaq Təcridxanına göndərilib. Məlum olub ki, onun xəstəliklərdən əziyyət çəkdiyi və vəziyyəti ağırdır.
Kamal Məmmədov
16 Aprel 09:20
16 Aprel 09:08
16 Aprel 08:23
16 Aprel 01:02
16 Aprel 00:29
16 Aprel 00:22
16 Aprel 00:12
15 Aprel 23:54
15 Aprel 22:21
15 Aprel 22:17
15 Aprel 21:18
15 Aprel 20:33
15 Aprel 20:32
15 Aprel 20:10
15 Aprel 19:24
15 Aprel 18:24
15 Aprel 18:15
15 Aprel 17:58
15 Aprel 17:27
15 Aprel 17:18
15 Aprel 17:06
15 Aprel 16:50
15 Aprel 16:47
15 Aprel 16:38
15 Aprel 16:14
15 Aprel 15:52
15 Aprel 15:23
15 Aprel 15:21
15 Aprel 15:18
15 Aprel 15:05
15 Aprel 14:52
15 Aprel 14:27
15 Aprel 14:24
15 Aprel 14:21
15 Aprel 14:20
15 Aprel 14:16
15 Aprel 14:15
15 Aprel 14:09
15 Aprel 14:06
15 Aprel 13:30
15 Aprel 13:29
15 Aprel 13:28
15 Aprel 13:12
15 Aprel 12:37
15 Aprel 12:15
15 Aprel 12:13
15 Aprel 11:55
15 Aprel 11:47
15 Aprel 11:35
15 Aprel 11:35
15 Aprel 10:54
15 Aprel 10:50
15 Aprel 10:02
15 Aprel 09:27
15 Aprel 09:18
15 Aprel 09:00
15 Aprel 08:57
15 Aprel 08:55
15 Aprel 08:55
15 Aprel 08:54
15 Aprel 08:53
15 Aprel 08:19
15 Aprel 08:16
15 Aprel 08:08
15 Aprel 08:04
15 Aprel 01:37
15 Aprel 01:35
14 Aprel 22:35
14 Aprel 22:11
14 Aprel 21:55
14 Aprel 20:25
14 Aprel 20:18
14 Aprel 19:12
14 Aprel 18:29
14 Aprel 18:25
14 Aprel 18:23
14 Aprel 18:19
14 Aprel 18:06
14 Aprel 17:59
14 Aprel 17:40
14 Aprel 17:37
14 Aprel 17:35
14 Aprel 17:28
14 Aprel 17:23
14 Aprel 17:12
14 Aprel 17:07
14 Aprel 17:04
14 Aprel 16:58
14 Aprel 16:38
14 Aprel 16:35
14 Aprel 16:34
14 Aprel 16:25
14 Aprel 16:10
14 Aprel 16:05
14 Aprel 15:37
14 Aprel 15:31
14 Aprel 14:54
14 Aprel 14:52
14 Aprel 14:52
14 Aprel 14:02
14 Aprel 14:00
14 Aprel 13:33
14 Aprel 13:30
14 Aprel 13:08
14 Aprel 13:07
14 Aprel 13:05
14 Aprel 13:04
14 Aprel 13:02
14 Aprel 12:56
14 Aprel 12:52
14 Aprel 12:48
14 Aprel 12:18
14 Aprel 12:09
14 Aprel 12:08
14 Aprel 12:05
14 Aprel 11:59
14 Aprel 11:52
14 Aprel 11:35
14 Aprel 11:13
14 Aprel 10:53
14 Aprel 10:48
14 Aprel 10:26
14 Aprel 10:25
14 Aprel 10:14
14 Aprel 10:07
14 Aprel 09:53
14 Aprel 09:49
14 Aprel 09:38
14 Aprel 09:37
14 Aprel 09:35
14 Aprel 09:33
14 Aprel 09:31
14 Aprel 09:28
14 Aprel 09:28
14 Aprel 09:26
14 Aprel 09:22
14 Aprel 09:03
14 Aprel 09:00
14 Aprel 08:55
14 Aprel 08:52
14 Aprel 01:55
14 Aprel 01:37
14 Aprel 00:21
14 Aprel 00:18
13 Aprel 23:21
13 Aprel 23:17
13 Aprel 22:02
13 Aprel 21:11
13 Aprel 21:08
13 Aprel 21:06
Ən son xəbərləri səhifəmizdən də izləyin