BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Memarlıq və İnşaat Universteti istilik, kabel xətti və kamera sistemlərinin çəkilişi və yenilənməsini həyata keçirə bilmir

“Azərbaycan Memarlıq və İnşaat Universteti” publik hüquqi şəxsin istilik xətti, kabel xətti və kamera sistemlərinin çəkilişi, yenilənməsi və əsas vəsaitlərin istismar vəziyyətinin qiymətləndirilməsi və ləğv olunması ilə əlaqədar elan etdiyi kotirovka sorğuları ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğularının toplam dəyəri 69 000 AZN olub.

 

Cabir Həsənov

Tarix: 18 Fevral 2025, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin