BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi proqram təminatı üçün lisenziya ala bilmir

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” publik hüquqi şəxsin proqram təminatı üçün lisenziyaların alınması üçün elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun dəyəri 12 203 AZN olub.

 

Cabir Həsənov

Tarix: 18 Fevral 2025, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin