BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mənim kimi qadın kor-koranə aşiq ola bilməz"

"Tənhalıq başqa, tək qalmaq başqa duyğudur. Sən özünü cəmiyyət içində də tənha hiss edə bilərsən. Özümü qurub, yaradana kimi o qədər zəhmətlərdən keçdim ki, kimisə düşünüb, fikir edib, dərd çəkməyim o insanlar üçün çox olar. Həyatda qarşımda yanlış insan görürəmsə, ona heç nə izah etmədən, sakitcə öz yükümü çəkib həyatıma davam edirəm". Axşm.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Gün ortası" verilişində deyib. Müğənni həyatından danışıb:

 

"İnsan özünü qurub yaradanda müəyyən mərhələlərdən keçir. Özünü tanıyır. İnsan özünü tanıyandan sonra özü ilə tək qalmaq ona maraqlı olur. Özünü tanıyırsan və bilirsən ki, bu məqamda nə edə bilərsən. Son zamanlar hər şeyi ideal formada çatdırmaq istəyən, həyatlarını yüksək səviyyədə göstərən insanlardan qorxuram. Bütün görüntülərin arxasında mütləq nələrsə var. Mən ideal görünməkdən belə...

 

Mənim də səhvlərim var. Dünya yaranandan hər şey ideal və mükəmməl olmayıb. Mən ideal olmağa çalışmamışam. İdeal deyəndə bu, o demək deyil ki, insanların üzünə burada gülüb, orada pis işlərlə məşğulam, ya oğurluq edirəm, kiminsə haqqına girirəm. Siz görüntü olaraq deyirsiniz, mən isə ruh halımdan danışıram. Artıq səhv etməkdən qorxmuram. Mənim də yanlışım ola bilər.

 

Həyatımın gözlənti mərhələsindəyəm. Bütün əməyimi verib gözləyirəm. Dənizdə fırtınadan sonra durğunluq olur, həyatımda onu hiss edirəm. Gözlənti sənətdə də ola bilər. Xanım kimi də gözləntim var. Niyə olmasın?".

 

L.Məmmədova gözləntilərindən söz açıb:

 

"Mən bir yerdə əlimi üzümə qoyub oturmamışam. Zəhmət çəkmişəm. İndi də oturmamışam, sadəcə, ruh halım belədir. Qarşımdakı insanlara rahat baxıram. Kiminsə məni incidəcəyini də gözə almışam. Məni heç incidə bilməyəcəksiniz. Hələ onun gəlişi həyatımda var olacağı demək deyil. Özümü yaratmağın arxasında böyük əmək durur. Qarşımdakı insan olduğum mərhələdən bir mərhələ yuxarı qaldıra biləcəksə, gözəl həyat səhifələri aça biləcəksə, var ola bilər. Belə öz yerimdə xoşbəxtəm.

 

Sənət adamlarının həyat tərzi fərqlidir. Sənət adamları bir işıqdır. Yalnız sevməyən insana yük ola bilər. Amma qadını daşımaq... Hansı ki, o qadın özü özünü bu günə qədər daşıyıb. Eşq, asılılıq, bağlılıq başqa anlayışlardır. Mənim yaşda qadın kor-koranə kiməsə aşiq ola bilməz. Güvənə biləcəyim insana birinci hörmət, sonra sevgi hiss edə bilərəm. Qarşımdakı insandan da hörmət gözləyərəm. Çünki mən bir həyatda iki ömür sürmüş insanam. İki övladımla - biri bətnimdə, biri yanımda sıfırdan başlamış qadınam. Məni xoşbəxt edəcək insan ola bilər. İncidən, olduğum yerdən aşağı salan insan ola bilməz. İnsan uçmağı bacarırsa, heç vaxt sürünə bilməz".

 

Tarix: 19 Fevral 2025, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin