BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN: Ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın

Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib.

 

Pravda.az xəbər verir ki, tövsiyyədə deyilir:

 

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

 

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

 

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

 

- sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

 

- yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

 

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Tarix: 21 Fevral 2025, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin