BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir hasarda onlarla sayğac quraşdırıla bilərmi? - VİDEO

Yaşadığı evin hasarına çox sayda sayğaclar quraşdırılıb.

 

Paytaxt sakini Adilə Gülməmmədova bildirir ki, yaşadığı ünvanda, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaxınlığındakı bu evin hasarına və divarlarına qonşuların qaz sayğacları və qaz boruları quraşdırılıb. Onlar evi bir il əvvəl bu cür alıblar. Şikayətçi dəfələrlə aidiyyəti qurumlara da müraciət etdiklərini deyir.

 

Ev sakini Günel Mehnatova isə deyir ki, sözügedən sayğaclar evin təmirinə də ciddi maneələr yaradır.

 

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.

 

Qurumdan Xəzər TV-yə  bildirildi ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

 

Tarix: 23 Fevral 2025, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin