BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol polisi hava şəraitinə görə sürücüləri diqqətli olmağa çağırıb

Yol-patrul xidmətinin müşayiəti ilə aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığı səpilib qardan təmizlənməsinə baxmayaraq, küləklə sovrulan qarın qısa zamanda yenidən yolun hərəkət hissəsini tutması sürücülərdə çaşqınlıq yarada bilər.

 

Daxili İşlər Nazirliyindən bildirilib ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir ki, bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur.

 

Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.

Tarix: 23 Fevral 2025, 21:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin