BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR-a bu il üçün 3 milyard dollar lazımdır

"SOCAR son maliyyə hesabatını açıqlayıb. 2020-ci il ərzində şirkətə xarici valyutada olan qısamüddətli öhdəliklərini və uzunmüddətli borclarının cari ilə düşən hissəsini ödəmək üçün 3 mlrd. dollara yaxın vəsait lazımdır".

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

R.Ağayev qeyd edib ki, tədiyə balasını xarici valyutaya tələbat baxımından analiz edərkən təkcə əmtəə-xidmət idxalının dinamikasına və miqyasına baxmaq kifayət deyil: "Belə böhranlı vəziyyətlərdə ölkədən ödənməli olan xarici borcların həcmi, repatriasiya olunmalı depozit və investisiyalaırn məbləği daha önəmlidir . Nəzərə alın ki, SOCAR-ın gəlirlərinin az qala 80%-i daxili bazarda manatla formalaşır, xarici valyutada gəlirləri onsuz da çox kiçikdir. Dünya bazarlarında kəskin qiymət ucuzlaşmasından dolayı isə xarici valyutada xalis qazanclar az qala 3-4 dəfə azalır. Belə vəziyyətdə SOCAR valyuta bazarından da az qala 3 mlrd. USD xarici borc ödənişləri üçün alır və ölkədən çıxarır... Yəni məsələ əhalinin əlindəki 300-500 mln. manatı dollara çevirməkdə və onun yaradacağı ajiotajda deyil..."

Tarix: 30 İyun 2020, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin