BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaz olmayacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə 28.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 28 Fevral 2025, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin