BURADA REKLAMINIZ OLA
BİLƏR

Gecə bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Martın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.

 

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şəkidə 15 m/s-yə çatıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti , Naxçıvan MR-də 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix: 4 Mart 2025, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin