BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirə yeni müavin təyin edildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.

 

"Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.

 

Qeyd edək ki, Saməddin Fəxrəddin oğlu Əsədov 5 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub.

 

2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışıb, 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələri tutub. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

 

APA

Tarix: 4 Mart 2025, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin