BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah Bakıda 13, rayonlarda 20 dərəcə isti olacaq

Sabah, martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

 

Bəzi yerlərdə duman gözlənilir

 

Martın 10-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.

Tarix: 9 Mart 2025, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin