BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni Zellandiyanın Səhiyyə naziri istefa verdi

Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark bir müddət əvvəl tətbiq olunan karantin qaydalarını pozduğuna görə vəzifəsindən istefa verib.

Pravda.az xəbər verir ki, Klark aprel ayının əvvəlində koronavirusun yayılması ilə əlaqədar tətbiq olunan karantin qaydalarını iki dəfə pozduğunu etiraf etmişdi. O, bundan sonra istefa verməyə hazır olduğunu bildirsə də, Baş Nazir Casinda Ardern Klarkın koronavirus pandemiyası səbəbindən ölkədə yaranmış gərgin vəziyyətə görə vəzifədə qalacağını açıqlamışdı.

“Mən çox səhv etdim və istefamı istədim”,- deyə Klark qeyd edib. O bildirib ki, Baş Nazir bu dəfə onun istəyini qəbul edib.Qafqazinfo

Tarix: 2 İyul 2020, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin