Məlum olduğu kimi, martın 15-də İctimai Teleradioda Baş Prokurorluğun uzun müddətdir xaricdə yaşayan Qabil Məmmədovla bağlı çağırışı oxunub.
Bəs, bu məlumat nə üçün İctimai Teleradio ilə elan olunub? Medianews.az bildirir ki, bu, qanunverciliyin tələbidir.
Belə ki, Baş Prokurorluq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə Q.Məmmədov barəsində cinayət işinə başlayıb, ona ittihamlar irəli sürüb.
Cinayət-Prosessual Məcəlləsinə görə isə təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənəndə, çağırışa gəlməkdən qəsdən boyun qaçıranda, yəni cinayət prosesində onun iştirakını təmin etmək mümkün olmayanda cinayət təqibi qiyabi icraat qaydasında aparılır.
Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə isə cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək məqsədilə onun tutulması, axtarışı, eləcə də beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür.
Bu tədbirlər də nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, Cinayət-Prosessual Məcəlləsinin “Çağırış vərəqəsi” maddəsində (54-2.1-ci maddə) nəzərdə tutulmuş məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir.
Məhz bu səbəblərdən Baş Prokurorluq Q.Məmmədovu istintaqa İctimai Teleradio ilə çağırıb. Təsadüfi deyil ki, çağırışda təqsirsizlik prezumpsiyasına riayət edilməklə, Cinayət-Prosessual Məcəlləsinin “Çağırış vərəqəsi” maddəsində nəzərdə tutulmuş məlumatlar (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) açıqlanıb.
Çağırışa əsasən, Q.Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə aprelin 17-si saat 10-da Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir.
Q.Məmmədov 2015-2017-ci illərdə ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, pensiya, sosial müavinətlərlə təmin etmək vədləri altında aldadaraq onlardan 30 min manata yaxın pul almaqda və sosial media hesablarından terrorçuluğa açıq çağırışlar etməkdə ittiham olunur.
18 Aprel 22:38
18 Aprel 22:35
18 Aprel 22:34
18 Aprel 22:31
18 Aprel 22:30
18 Aprel 22:26
18 Aprel 22:18
18 Aprel 21:39
18 Aprel 21:28
18 Aprel 21:25
18 Aprel 21:21
18 Aprel 21:11
18 Aprel 21:04
18 Aprel 20:38
18 Aprel 20:35
18 Aprel 19:40
18 Aprel 18:36
18 Aprel 18:12
18 Aprel 18:10
18 Aprel 18:09
18 Aprel 18:06
18 Aprel 18:00
18 Aprel 17:58
18 Aprel 17:55
18 Aprel 17:48
18 Aprel 17:45
18 Aprel 17:43
18 Aprel 17:38
18 Aprel 17:33
18 Aprel 17:29
18 Aprel 17:23
18 Aprel 16:45
18 Aprel 16:39
18 Aprel 16:15
18 Aprel 16:01
18 Aprel 15:59
18 Aprel 15:58
18 Aprel 15:51
18 Aprel 15:31
18 Aprel 15:26
18 Aprel 15:09
18 Aprel 15:04
18 Aprel 14:49
18 Aprel 14:28
18 Aprel 14:18
18 Aprel 14:04
18 Aprel 14:04
18 Aprel 13:55
18 Aprel 13:36
18 Aprel 13:32
18 Aprel 13:18
18 Aprel 13:16
18 Aprel 13:15
18 Aprel 13:13
18 Aprel 13:10
18 Aprel 13:09
18 Aprel 13:04
18 Aprel 12:58
18 Aprel 12:53
18 Aprel 12:50
18 Aprel 12:48
18 Aprel 12:47
18 Aprel 12:43
18 Aprel 12:28
18 Aprel 12:18
18 Aprel 12:15
18 Aprel 12:13
18 Aprel 12:10
18 Aprel 11:54
18 Aprel 11:51
18 Aprel 11:44
18 Aprel 11:33
18 Aprel 11:25
18 Aprel 11:18
18 Aprel 11:07
18 Aprel 11:04
18 Aprel 11:03
18 Aprel 10:59
18 Aprel 10:52
18 Aprel 10:45
18 Aprel 10:44
18 Aprel 10:40
18 Aprel 10:36
18 Aprel 10:31
18 Aprel 10:30
18 Aprel 10:28
18 Aprel 10:26
18 Aprel 10:20
18 Aprel 10:16
18 Aprel 10:15
18 Aprel 10:14
18 Aprel 10:04
18 Aprel 09:32
18 Aprel 09:24
18 Aprel 09:17
18 Aprel 09:03
18 Aprel 09:00
18 Aprel 08:28
18 Aprel 08:23
18 Aprel 08:17
18 Aprel 08:10
18 Aprel 08:05
18 Aprel 07:34
18 Aprel 07:21
18 Aprel 07:16
18 Aprel 07:08
18 Aprel 07:06
18 Aprel 07:04
18 Aprel 07:02
18 Aprel 06:59
18 Aprel 06:57
17 Aprel 22:35
17 Aprel 21:25
17 Aprel 21:23
17 Aprel 21:21
17 Aprel 21:18
17 Aprel 20:49
17 Aprel 20:48
17 Aprel 20:44
17 Aprel 20:43
17 Aprel 20:41
17 Aprel 19:28
17 Aprel 18:58
17 Aprel 18:35
17 Aprel 18:32
17 Aprel 18:26
17 Aprel 18:23
17 Aprel 18:22
17 Aprel 18:18
17 Aprel 18:15
17 Aprel 18:14
17 Aprel 18:12
17 Aprel 18:10
17 Aprel 18:09
17 Aprel 17:57
17 Aprel 17:55
17 Aprel 17:52
17 Aprel 17:50
17 Aprel 17:48
17 Aprel 17:33
17 Aprel 17:31
17 Aprel 17:24
17 Aprel 17:19
17 Aprel 17:17
17 Aprel 17:14
17 Aprel 17:13
17 Aprel 17:11
17 Aprel 17:08
17 Aprel 17:01
17 Aprel 16:57
Ən son xəbərləri səhifəmizdən də izləyin