BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni Dəniz Əsədova barəsində qərar verildi

Böhtan atmaqda təqsirləndirilən müğənni Dəniz Əsədova ilə bağlı məhkəmə prosesi keçirilib.
 

Bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.


Hökmə əsasən, təqsirləndirilən Dəniz Əsədova 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Dəniz Əsədova barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkəməyə müraciət olunub.


Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.


Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədova ilə bağlı xüsusi ittiham qaydasında daha 3 şikayət var./APA

Tarix: 17 Mart 2025, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin