BURADA REKLAMINIZ OLA
BİLƏR

İltizam Yusifov: “Azərbaycan polisi mühüm vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib”

“Bu gün Azərbaycan Polisi Günüdür. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə, mühüm vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı İltizam Yusifov deyib.

 

İ.Yusifov qeyd edib ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib: “Bu gün Azərbaycan polisinin sıralarında çoxlu sayda Milli Qəhrəman var. Yüzlərlə polis Vətənin müxtəlif orden və medallarına layiq görülüb. Azərbaycan polisi daim öz peşəkarlığını artırır, mənəvi-əxlaqi keyfiyyətlərini yüksəldir. Azərbaycan polisi hər zaman asayişin və qanunun keşiyində möhkəm dayanıb.

 

Əziz Polis işçiləri, peşə bayramınız münasibəti ilə sizi təbrik edir, şərəfli və məsul peşənizdə sizə dözüm, prinsipiallıq, cansağlığı və uzun ömür arzulayıram”.

Tarix: 2 İyul 2020, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin