Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Pravda.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
1 May 03:06
1 May 03:00
1 May 02:52
1 May 02:47
30 Aprel 21:23
30 Aprel 21:09
30 Aprel 21:06
30 Aprel 21:02
30 Aprel 20:59
30 Aprel 20:51
30 Aprel 20:48
30 Aprel 20:42
30 Aprel 20:40
30 Aprel 20:38
30 Aprel 19:01
30 Aprel 18:45
30 Aprel 18:44
30 Aprel 18:10
30 Aprel 18:00
30 Aprel 17:07
30 Aprel 16:54
30 Aprel 16:49
30 Aprel 16:46
30 Aprel 16:43
30 Aprel 16:41
30 Aprel 16:38
30 Aprel 16:22
30 Aprel 16:14
30 Aprel 16:04
30 Aprel 15:55
30 Aprel 15:12
30 Aprel 15:06
30 Aprel 14:20
30 Aprel 14:11
30 Aprel 13:35
30 Aprel 12:45
30 Aprel 12:41
30 Aprel 12:31
30 Aprel 12:28
30 Aprel 12:16
30 Aprel 12:00
30 Aprel 11:59
30 Aprel 11:56
30 Aprel 11:42
30 Aprel 11:38
30 Aprel 11:34
30 Aprel 11:25
30 Aprel 11:18
30 Aprel 11:15
30 Aprel 11:10
30 Aprel 10:53
30 Aprel 10:50
30 Aprel 10:48
30 Aprel 10:41
30 Aprel 10:26
30 Aprel 10:21
30 Aprel 10:12
30 Aprel 10:09
30 Aprel 10:03
30 Aprel 09:57
30 Aprel 09:50
30 Aprel 09:43
30 Aprel 09:27
30 Aprel 09:25
30 Aprel 09:16
30 Aprel 09:08
30 Aprel 08:59
30 Aprel 08:56
30 Aprel 08:41
30 Aprel 08:35
30 Aprel 08:25
30 Aprel 08:05
30 Aprel 07:29
30 Aprel 07:20
30 Aprel 07:18
30 Aprel 07:17
30 Aprel 07:16
30 Aprel 07:10
30 Aprel 01:21
30 Aprel 01:03
30 Aprel 00:40
30 Aprel 00:23
29 Aprel 23:49
29 Aprel 23:13
29 Aprel 21:36
29 Aprel 21:33
29 Aprel 21:24
29 Aprel 20:05
29 Aprel 20:01
29 Aprel 19:55
29 Aprel 19:38
29 Aprel 19:35
29 Aprel 19:33
29 Aprel 19:29
29 Aprel 19:25
29 Aprel 18:24
29 Aprel 18:21
29 Aprel 18:18
29 Aprel 17:49
29 Aprel 17:47
29 Aprel 17:36
29 Aprel 17:34
29 Aprel 17:31
29 Aprel 17:31
29 Aprel 17:29
29 Aprel 16:58
29 Aprel 16:56
29 Aprel 16:52
29 Aprel 16:42
29 Aprel 16:34
29 Aprel 16:31
29 Aprel 16:29
29 Aprel 16:28
29 Aprel 16:27
29 Aprel 16:21
29 Aprel 16:19
29 Aprel 16:18
29 Aprel 15:35
29 Aprel 15:34
29 Aprel 15:22
29 Aprel 14:57
29 Aprel 14:56
29 Aprel 14:43
29 Aprel 14:40
29 Aprel 14:31
29 Aprel 14:27
29 Aprel 14:15
29 Aprel 14:12
29 Aprel 14:08
29 Aprel 14:07
29 Aprel 13:54
29 Aprel 13:28
29 Aprel 12:48
29 Aprel 12:47
29 Aprel 12:42
29 Aprel 12:19
29 Aprel 12:19
29 Aprel 12:10
29 Aprel 12:08
29 Aprel 12:06
29 Aprel 11:46
29 Aprel 11:44
29 Aprel 11:42
29 Aprel 11:41
29 Aprel 11:12
29 Aprel 11:10
29 Aprel 10:57
29 Aprel 10:48
29 Aprel 10:44
29 Aprel 10:42
Ən son xəbərləri səhifəmizdən də izləyin