BURADA REKLAMINIZ OLA
BİLƏR

Bank rəhbərləri ilə görüş keçiriləcək

Türkiyənin Mərkəzi Bankında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi fonunda bazar günü ölkənin bank rəhbərləri ilə görüş keçiriləcək.

 

Bu barədə “Sözcü” telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, iclasda İmamoğlunun saxlanılmasından sonra kəskin ucuzlaşmağa başlayan türk lirəsinin sabitləşməsi ilə bağlı tədbirlərin müzakirəsi planlaşdırılır.

 

“Habertürk” telekanalının məlumatına görə, Türkiyə Mərkəzi Bankı lirəni dəstəkləmək üçün üç gündə 26 milyard dollar satıb.

 

Qeyd edək ki, İstanbul Cinayət Məhkəməsi İmamoğlu barəsində korrupsiya ittihamı ilə həbs qətimkan tədbiri seçib. Merlə yanaşı, şəhər meriyasının yüksək vəzifəli məmurları da daxil olmaqla 48 nəfər həbs olunub.

Tarix: 23 Mart 2025, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin