BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad Qasımova vəzifə verildi

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.

 

Şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.

 

O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.

 

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir. /"Report"

Tarix: 24 Mart 2025, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin