İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti əhaliyə verilən suyun çirkli olması barədə iddialara cavab verib.
Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu deyib ki, əhaliyə verilən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, ardından mərhələli şəkildə yeni texnologiya olan ultrasüzgəcli qurğulardan keçirilir:
"Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür. Emal olunan su hər bir nöqtədə xlor tərkibli reagentlər vasitəsilə zərərsizləşdirilərək magistral paylayıcı kəmərlərə ötürülür. Bütün qurğular üzrə təmizlənmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən su nümunəsi götürülür və gündəlik olaraq Ceyranbatan içməli su fiziki-kimyəvi və bakterioloji laboratoriyasında yoxlanılır. Su əhaliyə verildikdən sonra da mütəmadi olaraq kənd, qəsəbə və şəhərlər üzrə analizlər aparılır. Mərkəzi Laboratoriyada həm Bakı şəhərinin mərkəzi su anbarlarından, həm də məhəllədaxili anbarlardan gündəlik götürülən 44 sayda su nümunəsi üzərində də analizlər həyata keçirilir. Həm bakterioloji, həm də fiziki-kimyəvi göstəricilər üzrə təhlillər edilir. Əldə olunan nəticələrdə hələ bu günə qədər ciddi kənara çıxma halları müşahidə olunmayıb. Nəticələrdə müəyyən göstəricilər normalara uyğun olmazsa, anındaca müdaxilə edilir və problem aradan qaldırılır".
C.Musaoğlunun sözlərinə görə, su anbarlarının yuyulması prosesindən sonra sututarlara doldurulan sudan götürülən nümunələr həm Mərkəzi Laboratoriya, həm də Respublika Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən analiz olunur: “Mərkəzi Laboratoriya 65 parametr üzrə təhlillər aparma imkanına malikdir. Ceyranbatan su anbarında isə 17 əsas istehsalat göstəricisi üzrə - suyun bulanıqlığı, suyun elektrik keçiriciliyi, codluğu, qalıq xlor miqdarı, onun tərkibində olan minerallar, kalsium, maqnezium, nitratlar, nitritlər, xloridlər və s. kimi ümumi göstəricilər təhlil edilir. Eyni zamanda mikrobioloji göstəricilər ümumi bağırsaq çöpünün miqdarı, patogen bağırsaq çöplərinin miqdarı, suyun dadı, iyi, qoxusu, bulanıqlılığı, pH səviyyəsi də müəyyənləşdirilərək normalara uyğunlaşdırılır. Regionlarımızda mövcud olan regional 9 laboratoriyada da eyni proses həyata keçirilir. Əgər suyun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, abonentlə əlaqə saxlanılır və zərurət olduğu təqdirdə plandan kənar şəkildə su nümunələri laboratoriyalara göndərilərək uyğun parametrlər üzrə yoxlanışlardan keçirilir. Nəticələrə dair müvafiq şöbəyə məlumat verilir və problem müşahidə olunduqda aradan qaldırılması işi icra edilir”.
Xidmət rəsmisi deyib ki, iki mindən çox mənzil-tikinti kooperativlərinin və digər iaşə obyetlərinin də özlərinə məxsus su anbarları var: “Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartına uyğun olaraq anbarlar mexaniki çöküntülərdən yuyulub təmizlənməli və zərərsizləşdirilməlidir. Apardığımız araşdırmalar göstərir ki, əksər anbarlarda bu prosedurlara əməl olunmur. Hətta uzun müddət yuyulmayan su anbarları da var. Bu da abonentlərin narazılığna səbəb olur. Gün ərzində suyun keyfiyyətli ilə bağlı müraciət daxil olursa, əksəriyyəti MTK-larda yaşayan sakinlərin şikayətləridir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin yerlərdəki nərazət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir. Kompleksdaxili su kommunikasiya sistemləri, nasosxanalar, paylayıcı su xətləri və su anbarlarına sanitar gigiyenik nərazət MTK-ların üzərinə düşür. Onlar su anbarlarının təmizlənməsi üzrə ixtisaslaşmış şirkətlərə heç olmasa ildə bir dəfə müraciət etməli və təmizlənmə işlərini həyata keçirməlidirlər. Lakin əksər hallarda bunlara əməl edilmir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti olaraq bütün MTK-ları mütəmadi təmizləmə prosesinə riayət etməyə çağırırıq”.
Aytəkin Qardaşova
25 Aprel 23:20
25 Aprel 22:38
25 Aprel 22:34
25 Aprel 21:31
25 Aprel 21:24
25 Aprel 21:12
25 Aprel 20:57
25 Aprel 20:55
25 Aprel 20:54
25 Aprel 20:49
25 Aprel 20:47
25 Aprel 20:43
25 Aprel 20:29
25 Aprel 19:42
25 Aprel 19:39
25 Aprel 19:38
25 Aprel 19:36
25 Aprel 19:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:00
25 Aprel 17:42
25 Aprel 17:39
25 Aprel 17:37
25 Aprel 17:35
25 Aprel 17:34
25 Aprel 17:21
25 Aprel 17:18
25 Aprel 17:07
25 Aprel 16:59
25 Aprel 16:56
25 Aprel 16:53
25 Aprel 16:36
25 Aprel 16:21
25 Aprel 16:20
25 Aprel 16:19
25 Aprel 16:18
25 Aprel 16:17
25 Aprel 16:16
25 Aprel 16:15
25 Aprel 16:14
25 Aprel 16:10
25 Aprel 16:08
25 Aprel 16:07
25 Aprel 15:56
25 Aprel 15:54
25 Aprel 15:48
25 Aprel 15:47
25 Aprel 15:45
25 Aprel 15:42
25 Aprel 15:31
25 Aprel 15:16
25 Aprel 15:15
25 Aprel 15:04
25 Aprel 15:01
25 Aprel 14:59
25 Aprel 14:54
25 Aprel 14:52
25 Aprel 14:49
25 Aprel 14:48
25 Aprel 14:46
25 Aprel 14:43
25 Aprel 14:34
25 Aprel 14:27
25 Aprel 14:23
25 Aprel 13:31
25 Aprel 12:36
25 Aprel 12:25
25 Aprel 11:02
25 Aprel 10:57
25 Aprel 10:55
25 Aprel 10:48
25 Aprel 10:28
25 Aprel 10:25
25 Aprel 10:21
25 Aprel 10:20
25 Aprel 10:18
25 Aprel 10:09
25 Aprel 09:56
25 Aprel 09:43
25 Aprel 09:39
25 Aprel 09:11
25 Aprel 09:05
25 Aprel 08:50
25 Aprel 08:42
25 Aprel 08:35
25 Aprel 08:34
25 Aprel 08:28
25 Aprel 08:26
25 Aprel 08:23
25 Aprel 08:19
25 Aprel 08:16
25 Aprel 08:14
25 Aprel 08:11
25 Aprel 08:09
25 Aprel 08:06
25 Aprel 07:54
25 Aprel 07:39
25 Aprel 07:37
25 Aprel 07:34
25 Aprel 07:32
25 Aprel 07:30
25 Aprel 07:28
25 Aprel 07:26
25 Aprel 07:19
25 Aprel 00:06
25 Aprel 00:05
24 Aprel 22:54
24 Aprel 22:49
24 Aprel 22:38
24 Aprel 22:33
24 Aprel 22:12
24 Aprel 21:36
24 Aprel 21:23
24 Aprel 20:13
24 Aprel 19:12
24 Aprel 19:11
24 Aprel 18:59
24 Aprel 18:11
24 Aprel 17:59
24 Aprel 17:52
24 Aprel 17:51
24 Aprel 17:43
24 Aprel 17:28
24 Aprel 17:16
24 Aprel 17:11
24 Aprel 17:05
24 Aprel 16:56
24 Aprel 16:43
24 Aprel 16:34
24 Aprel 16:10
24 Aprel 15:54
24 Aprel 15:45
24 Aprel 15:39
24 Aprel 15:28
24 Aprel 15:15
24 Aprel 15:12
24 Aprel 15:10
24 Aprel 15:07
24 Aprel 14:58
24 Aprel 14:55
24 Aprel 14:54
24 Aprel 14:53
24 Aprel 14:46
24 Aprel 14:33
24 Aprel 14:29
24 Aprel 14:05
24 Aprel 14:04
24 Aprel 13:54
24 Aprel 13:52
Ən son xəbərləri səhifəmizdən də izləyin