BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı, prokuror, DTX-nin əməkdaşları, polislər birgə reyd keçirdilər - FOTO

Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə ehtiyac olduğu üçün küçələrdə reyd keçirib.

 

Pravda.az-ın xəbərinə görə, icra hakimiyyətinin başçısı, rayon prokuroru, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilib.

Fotoları təqdim edirik
Tarix: 3 İyul 2020, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin