BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur - VİDEO

Bakının Xətai rayonu, Lütfizadə küçəsində yolboyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət, həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, əraziyə yaxın yaşayanlar bildiriblər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, silinən nişanlama xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlama xətləri yaxın zamanda yenilənəcək.

 

Tarix: 26 Mart 2025, 23:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin