BURADA REKLAMINIZ OLA
BİLƏR

"Melissa Park" vətəndaşın evini BAŞINA UÇURDU - ANBAAN VİDEO

Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb. Oxu.Az xəbər verir ki, bu barədə görüntülər yayılıb. Sözügedən sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin xilasediciləri əraziyə cəlb ediliblər.

 

"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib", - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

 

Pravda.az-ın xəbərinə görə, həmin tikinti şirkəti "Melissa Park"dır. Şirkətə sorğu ünvanlasaq da, cavablandırılmayıb.

 

 

Tarix: 27 Mart 2025, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin