BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü zəlzələ nəticəsində göydələn uçub, azı 43 işçi dağıntı altında qalıb - VİDEO - YENİLƏNDİ

Banqkokda baş verən güclü zəlzələdən sonra tikilməkdə olan 30 mərtəbəli binaın uçması nəticəsində ən azı üç işçi həlak olub.

 

Bu barədə Tailandın baş nazirinin müavini bildirib.

 

Onun sözlərinə görə, 81 nəfər dağıntılar altında qalıb.

 

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.

 

“Myanmar Now” saytının məlumatına görə, zəlzələ ölkənin ikinci böyük şəhəri Mandalayda, eləcə də ətrafdakı Kyaukse, Pyin Oo Lvin və Şvebo bölgələrində hiss olunub.

 

Hadisə şahidləri Mandalayda bir neçə tarixi binanın uçduğunu, dağıntılar altında qalan insanların ola biləcəyini bildiriblər.

 

ABŞ Geoloji Xidməti (USGS) Myanma və Taylanddakı güclü zəlzələdə 10,000-dən çox insanın öldüyünü təxmin edir.

 

APA

 

***

12:31

 

Tailandın paytaxtı Banqkokda güclü zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub.

 

Bu barədə yerli media məlumat yayıb.

 

Hadisə nəticəsində ən azı 43 işçi dağıntı altında qalıb.

 

Axtarış-xilasetmə əməliyyatları davam edir.

 

Banqkokda güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.

 

APA

Tarix: 28 Mart 2025, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin