BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah ilin ilk Günəş tutulması baş verəcək

Sabah ilin ilk Günəş tutulması baş verəcək.

 

Bu barədə Pravda.az-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

 

Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

 

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

 

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Tarix: 28 Mart 2025, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin