BURADA REKLAMINIZ OLA
BİLƏR

"Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər? - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nə gedən yol bərbad vəziyyətdədir.

 

Sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

 

"Yol kələ-kötürdür, maşınlarımız dağılır. Uşaqları məktəbə aparanda, işə gedib-gələrkən çox əziyyət çəkirik", - narazı sakinlərdən biri deyib.

 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron RİH və Masazır bələdiyyəsi tərəfindən qeyd olunan ərazidə mütəmadi olaraq cari təmir işləri aparılıb:

 

"Sözügedən küçənin əsaslı təmirə ehtiyacı var. Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda Masazır bələdiyyəsinin tədbirlər planına daxil edilib. Yağışlı havalar bitdikdən sonra cari təmir işlərinə başlanılacaq".

 

Tarix: 29 Mart 2025, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin