BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beşiktaş” “Galatasaray”ı məğlub edib

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

 

Günün mərkəzi matçında "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.

 

Gərgin keçən qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə yaxşı başlayan "qara qartallar" Gedson Fernandesin 66-cı dəqiqədə vurduğu qolla 10 nəfərlə qalan "cimbom"u məğlub etməyi bacarıb.

 

Oyunun əsas vaxtına artırılmış dəqiqələrində "Beşiktaş"ın heyətində Semih Kılıçsoy birdəfəlik qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.

 

Türkiyə Super Liqası

 

XXIX tur

 

21:30. “Beşiktaş” - “Qalatasaray” - 2:1

 

Qollar: R. Silva, 23, G. Fernandes, 66, L. Toreyra, 45

 

Apasport

Tarix: 29 Mart 2025, 23:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin