BURADA REKLAMINIZ OLA
BİLƏR

Sakinlərlə obyekt sahibi arasında GƏRGİNLİK

Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində sakinlərlə obyekt sahibi arasında gərginlik yaranıb.

 

Pravda.az ATV-yə istinadən məlumat verir ki, sahibkar yeni inşa olunan obyektə görə ərazidəki tullantı qablarının yerini dəyişdirmək istəyir, sakinlər isə bununla razılaşmırlar.

 

Obyektin sahibinin sözlərinə görə, işlər qanuni sənədlər əsasında həyata keçirilir.

 

Məsələ ilə bağlı Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə bildirilib ki, sahibkar rəsmi qaydada müraciət etsə belə məişət tullantı qabları ərazidən hələ ki götürülə bilməz.

 

Tarix: 30 Mart 2025, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin