BURADA REKLAMINIZ OLA
BİLƏR

İstilik bu tarixdə dayandırılacaq

Aprelin 15-dən etibarən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda abunəçilərin istilik təchizatını dayandıracaq. Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

 

O bildirib ki, mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, baxça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub.

 

Həmçinin respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi "Azəristiliktəchizat" ASC-nin balansında fəaliyyət göstərib.

 

İstisna olaraq qeyd olunub ki, ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq.

Tarix: 2 Aprel 2025, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin