BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Eliko” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstəriş verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

“Eliko” MMC və “Meta-Kapital” MMC-tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Eliko” MMC və “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Tarix: 4 Aprel 2025, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin