BURADA REKLAMINIZ OLA
BİLƏR

Musa Quliyev: “Əvvəllər ildə 150-160 min uşaq doğulurdusa, indi bu rəqəm 100-110 minə düşüb”

Çoxuşaqlı ailələrlə bağlı məsələ tez-tez müzakirə mövzusu olur.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

 

Komitə sədri bildirib ki, çoxuşaqlı ailə anlayışına baxılmalıdır: “Biz bütövlükdə demoqrafik inkişaf haqqında dövlət proqramının qəbulu ilə bağlı düşünməli və hökumətə təkliflərimizi verməliyik. Təbii artım aşağı düşüb. Bundan əvvəl ilə 150-160 min uşaq doğulurdusa, indi onların sayı 100-110 minə enib. Buna görə də çoxuşaqlı ailələrlə bağlı 5 və daha çox uşaq məsələsinə yenidən baxmaq, yəni çoxuşaqlı ailə anlayışında sayı aşağı salmaq barədə düşünmək olar”./APA

Tarix: 7 Aprel 2025, 15:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin