BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaş həddi 75 oldu - Prezident qanunu imzaladı

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

 

Qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılıb.

 

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.

Tarix: 7 Aprel 2025, 20:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin