BURADA REKLAMINIZ OLA
BİLƏR

AMB “Paysis”ə məcburi göstəriş verdi

Azərbaycanın Mərkəzi Bankı (AMB) “Paysis” MMC-yə məcburi göstəriş verib.

 

Bu barədə AMB məlumat yayıb.

 

Qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “Paysis”də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması, təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılıb. Şirkətin ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozması halı aşkarlanıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “Paysis”ə münasibətdə təshih tədbirləri tətbiq edilib.

Tarix: 10 Aprel 2025, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin