BURADA REKLAMINIZ OLA
BİLƏR

"Vəziyyəti yaxşılığa doğru dəyişməyə nail olmuşuq" - Rövnəq Abdullayev

Hazırda Azərbaycanda nəqliyyat, sənaye, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərən Moldova kapitallı 20 aktiv şirkət qeydiyyatdan keçib.

 

Bunu Azərbaycan-Moldova biznes forumunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.

 

O bildirib ki, turizm sahəsində də müsbət dinamika müşahidə olunur: "2024-cü ildə Moldovadan Azərbaycana turist axını təxminən 12% artıb".

 

“Milli aviadaşıyıcımız AZAL Bakı-Kişinyov-Bakı marşrutu üzrə həftədə beş dəfə müntəzəm reyslər həyata keçirir. May ayından etibarən reyslər hər gün icra olunacaq ki, bu da işgüzar və turizm əlaqələrinin inkişafına təkan verəcək” - nazir müavini əlavə edib.

 

Rövnəq Abdullayev həmçinin, ticarət dövriyyəsində də müsbət dinamikanın olduğunu əlavə edib: “Ötən ilin yekunlarına əsasən, Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 10,1 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə müəyyən dəyişkənliklərə baxmayaraq, vəziyyəti yaxşılığa doğru dəyişməyə nail olmuşuq. Cari ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi 26,6% artaraq 1,3 milyon ABŞ dollarına çatıb".

 

APA

Tarix: 11 Aprel 2025, 15:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin