BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmira Süleymanovaya yeni vəzifə verildi

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

 

Pravda.az-ın xəbərinə görə, Elmira Süleymanova bildirib ki, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  1950-ci ildən çalışır: “Sadəcə olaraq  baş elmi işçi vəzifəsində yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm. AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəmş Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm”.

 

Qeyd edək ki, E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.Modern.az

Tarix: 10 Dekabr 2019, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin