BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dəhşətli ailə faciəsi: Ər arvadını qətlə yetirib özünü 14-cü mərtəbədən atdı - VİDEO

Bakıda baş vermiş dəhşətli qətldə ər arvadını qətlə yetirdikdən sonra intihar edib.

 

Hadisə aprelin 15-i axşam saatlarında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanın başını kəsərək onu qətlə yetirib. Daha sonra isə o, binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.

 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hər iki şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.//Oxu.az

 

Tarix: 17 Aprel 2025, 03:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin