BURADA REKLAMINIZ OLA
BİLƏR

​​​​​​​Daha 3 şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək.

 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 

Birinci Qarabağ müharibəsində itkin düşən Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu, Mehdiyev Münasib Namaz oğlunun qalıqları aprelin 18-də dəfn olunacaq.

 

Mübariz Hüseynovun qalıqları Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Mirzəliyevin qalıqları Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd qəbiristanlığında, Münasib Mehdiyevin qalıqları isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

 

Tarix: 17 Aprel 2025, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin