BURADA REKLAMINIZ OLA
BİLƏR

Bal xərçəng yaradır? – Həkim açıqladı

Sosial şəbəkələrdə balın xərçəng yaratması barədə yayılan məlumat insanlarda təşviş yaradıb. Belə ki, balın 40 dərəcədən artıq qaynar içki və ya su ilə qarışdıqda keyfiyyətinin itdiyi, xüsusilə, çayla içilməsinin də ziyanlı olduğu iddia edilir. Bildirilir ki, balın qarışdığı maye 60 dərəcədən artıq olsa, tərkibi toksinə çevrilir, xəçəng riskini artırır.

 

Herba Flora şirkətinin təsisçisi, Herba Medical Tibb Mərkəzinin baş həkimi, məşhur fitoterapevt həkim Fizuli Hüseynov isə Pravda.az-a açıqlamasında deyib ki, bal bir canlıdır və tərkibində antioksidantlar var:

 

Fizuli Hüseynov: “Buzu qırıb çimən xəstələrim əvvəl özlərini çox sağlam  hiss ediblər, sonda böyrəkləri tam sıradan çıxıb” Pravda.az

 

“Təbii ki, bu antioksidantlar temperatura dözümlü deyil. İçdiyimiz çayın temperaturu elə 40-45 dərəcə olur. Buna görə də balı çayla içsək, heç bir problem yoxdur. 40-45 dərəcə temperaturda balın tərkibi parçalanmır. Amma çayı süzən kimi birbaşa bal qarışdırıb, soyuyandan sonra içsək, bəli, belə halda antioksidantların təsir sferası zəifləyir. Demək olar ki, ölür, antioksidant özəlliyi olmur. Lakin balın tərkibindəki bütün minerallar, şirinliyi olduğu kimi qalır, bədən enerjisini alır. Sadəcə, antioksidant özəlliyi olmur, yəni xərçəng riski yoxdur. İnsan bədənində daimi sürətdə əmələ gəlmiş sərbəst radikallar olur və bu sərbəst radikalları bədənimiz neytrallaşdırmaq üçün antioksidantlar axtarır. Antioksidant cəhətdən bədənimiz nə qədər bol olarsa, insanda xərçəng də olmur, sistem xəstəliklərə daha az rast gəlinir”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Aprel 2025, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin