15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon ilə görüşüb.
XİN-dən verilən məlumata görə, nazirlər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun intensivləşdirilməsi, yüksək səviyyəli təmasların artırılması, müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı Azərbaycan-Sloveniya münasibətlərinin dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığı qeyd olunub, 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyi vurğulanıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından siyasi dialoq, yüksək səviyyəli səfərlər, parlamentlərarası əlaqələr, iqtisadi və humanitar mübadilələrin böyük önəm daşıdığı vurğulanıb.
Tərəflər enerji, yaşıl texnologiyalar, nəqliyyat, İKT, kimya və əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlıq imkanlarını, eləcə də iqtisadi-ticarət əlaqələrinin və ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün potensialı müzakirə ediblər. Təbii qaz və energetika sahəsində ötən il ərzində Azərbaycanın “SOCAR” və Sloveniyanın “Geoplin” şirkətləri, eləcə də iki ölkənin Energetika Nazirlikləri arasında imzalanmış sənədlər xüsusilə qeyd olunub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesi, eləcə də beynəlxalq nəqliyyat dəhlizləri və Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq məsələlərinin Azərbaycan-Sloveniya əməkdaşlığı kontekstində böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Nazir Ceyhun Bayramov Tanya Fayona postmünaqişə dövründə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mina təhdidi ilə mübarizə və məcburi köçkünlərin qayıdışı barədə məlumat verib. Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların hazırkı mərhələsi və bu prosesə mane olan amillər, xüsusilə də Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarına istinadların mövcudluğu və artıq öz əhəmiyyətini itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsi məsələləri diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşlərdən sonra mətbuat konfransı keçirilib, nazirlər bəyanatla çıxış edərək, media nümayəndələrinin suallarını cavablandırıblar.
13 Aprel 17:40
13 Aprel 17:36
13 Aprel 17:32
13 Aprel 17:30
13 Aprel 17:19
13 Aprel 16:56
13 Aprel 16:52
13 Aprel 16:28
13 Aprel 16:12
13 Aprel 15:53
13 Aprel 15:51
13 Aprel 15:46
13 Aprel 15:44
13 Aprel 15:42
13 Aprel 15:35
13 Aprel 15:13
13 Aprel 15:02
13 Aprel 15:02
13 Aprel 14:52
13 Aprel 14:50
13 Aprel 14:20
13 Aprel 14:10
13 Aprel 13:56
13 Aprel 13:43
13 Aprel 13:42
13 Aprel 13:35
13 Aprel 13:14
13 Aprel 13:06
13 Aprel 12:42
13 Aprel 12:14
13 Aprel 12:07
13 Aprel 11:56
13 Aprel 11:48
13 Aprel 11:42
13 Aprel 11:39
13 Aprel 11:29
13 Aprel 11:01
13 Aprel 10:44
13 Aprel 10:43
13 Aprel 10:35
13 Aprel 10:31
13 Aprel 10:16
13 Aprel 10:12
13 Aprel 09:44
13 Aprel 09:35
13 Aprel 09:32
13 Aprel 09:31
13 Aprel 09:17
13 Aprel 09:15
13 Aprel 09:13
13 Aprel 09:11
13 Aprel 09:09
13 Aprel 09:08
13 Aprel 08:43
13 Aprel 08:42
13 Aprel 08:41
13 Aprel 08:38
13 Aprel 02:02
13 Aprel 01:59
13 Aprel 00:48
12 Aprel 23:50
12 Aprel 23:48
12 Aprel 23:11
12 Aprel 23:05
12 Aprel 23:02
12 Aprel 21:31
12 Aprel 21:28
12 Aprel 21:25
12 Aprel 21:16
12 Aprel 20:32
12 Aprel 19:36
12 Aprel 18:49
12 Aprel 17:41
12 Aprel 17:39
12 Aprel 16:18
12 Aprel 15:29
12 Aprel 15:25
12 Aprel 13:58
12 Aprel 12:56
12 Aprel 12:54
12 Aprel 12:52
12 Aprel 11:07
12 Aprel 10:13
12 Aprel 09:35
12 Aprel 09:33
12 Aprel 09:06
12 Aprel 08:15
12 Aprel 07:38
12 Aprel 07:23
12 Aprel 07:22
12 Aprel 00:47
12 Aprel 00:42
12 Aprel 00:40
11 Aprel 22:56
11 Aprel 21:46
11 Aprel 21:29
11 Aprel 19:37
11 Aprel 18:49
11 Aprel 17:56
11 Aprel 17:32
11 Aprel 17:26
11 Aprel 17:24
11 Aprel 17:21
11 Aprel 17:20
11 Aprel 17:14
11 Aprel 16:43
11 Aprel 16:19
11 Aprel 15:45
11 Aprel 15:17
11 Aprel 15:11
11 Aprel 14:23
11 Aprel 14:21
11 Aprel 14:19
11 Aprel 14:15
11 Aprel 13:38
11 Aprel 13:30
11 Aprel 13:27
11 Aprel 13:23
11 Aprel 13:21
11 Aprel 12:39
11 Aprel 12:34
11 Aprel 12:32
11 Aprel 12:11
11 Aprel 12:02
11 Aprel 11:01
11 Aprel 10:20
11 Aprel 09:25
11 Aprel 09:13
11 Aprel 09:11
11 Aprel 09:10
11 Aprel 09:06
11 Aprel 08:57
11 Aprel 08:00
11 Aprel 01:11
10 Aprel 22:34
10 Aprel 21:40
10 Aprel 21:23
10 Aprel 21:21
10 Aprel 21:03
10 Aprel 20:56
10 Aprel 20:00
10 Aprel 19:56
10 Aprel 19:53
10 Aprel 19:29
10 Aprel 19:26
10 Aprel 17:45
10 Aprel 17:28
10 Aprel 17:25
10 Aprel 17:24
10 Aprel 17:23
Ən son xəbərləri səhifəmizdən də izləyin