BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Rayon təsərrüfat idarəsi, icra hakimiyyəti deyiləm ki, seçicilər mənə müraciət etsinlər”

“Rayon təsərrüfat idarəsi, icra hakimiyyəti deyiləm ki, seçicilər mənə müraciət etsinlər. Deputatlarla kritik məsələlərlə bağlı əlaqə saxlanılır. Ümumiyyətlə, son zamanlar yağan leysan yağışlarında heç vaxt şikayət olmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Modern.az saytına açıqlamasında 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin deputatı Məlahət İbrahimqızı bildirib.

 

“Bu ana qədər də heç bir şikayət yoxdur. Əminəm ki, təkcə Nəsimi rayonunda yox, Bakının heç bir yerində problem olmaz. Çünki artıq təcrübə var. Bu il bir neçə sel yağışında müəyyən problemlər olmuşdu. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proses tənzimləndi. Bilirsiniz, bu təkcə Azərbaycanda olan hadisə deyil. İnsanları panikaya salmaq olmaz. Təbiətin şıltaqlığıdır. Keçən il Almaniyada necə dəhşətli yağışlar yağmışdı. Heç Almaniya kimi dövlət bunun qarşısını ala bilmədi, yağışın çox ciddi də fəsadları oldu. Belə hallar olur. Subyektiv və obyektiv səbəblər ola bilər. Çox güclü leysan yağışı yağa bilər. İnsan təbiətin qarşısında acizdir. Bəs COP tədbirləri nəyə görə keçirilir? Ona görə ki, iqlim dəyişikliyi sayəsində baş verə biləcək fəlakətlərin qarşısı alınsın. Əminəm ki, indi də ciddi problem olmaz. Yaşadığım yer də  körpülər tərəfdədir. 5-10 dəqiqəyə evdən çıxacam. Amma pəncərədən görürəm ki, maşınlar həmişəki qaydada gedirlər, amma indi böyük sel də yoxdur” – o qeyd edib.

Tarix: 17 Aprel 2025, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin