BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Qarabağa səfər edib.

 

Pravda.az xəbər verir ki, H.Hacıyev bununla bağlı Füzuli hava limanından paylaşım edib.

 

"Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə doğru yol alırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Qarabağ və Şərqi Zəngəzurun münaqişədən sonrakı yenidən qurulması və transformasiyası təsirlidir!" - videopaylaşımın şərhində qeyd olunub.

 

Tarix: 18 Aprel 2025, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin