BURADA REKLAMINIZ OLA
BİLƏR

Hamiləlikdə qıcolmalar və yorğunluğun səbəbi bu mineral ola bilər

Hamiləlik dövründə qadın orqanizmində baş verən bioloji, psixoloji və hormonal dəyişikliklər bu dövrü həm xüsusi, həm də mürəkkəb edir. Məhz bu mərhələdə bəzi vitamin və minerallar, o cümlədən maqnezium həyati əhəmiyyət daşıyır.

 

Pravda.az hamiləlik və əmizdirmə dövründə maqneziumun əhəmiyyətini təqdim edir:

 

Maqnezium – sağlam hamiləlik üçün vacib mineral

 

Hamiləlik zamanı maqnezium çatışmazlığı ciddi problemlərə, o cümlədən əzələ və sinir pozuntularına səbəb ola bilər. Hətta bu mineralın kifayət qədər qəbul olunmaması dölün inkişafının zəifləməsinə və bəzi hallarda ölü doğumlara gətirib çıxara bilər. Bu səbəbdən də maqnezium, hamiləlik və südvermə dövründə daha da vacib hesab olunur.

 

Maqneziumun orqanizmdəki rolu

 

Orqanizmdə 300-dən çox funksiyada iştirak edir, o cümlədən enerji istehsalında.

 

Ürək, əzələlər və böyrəklərin normal fəaliyyəti üçün vacibdir.

 

Diş və sümük sağlamlığını qoruyur.

 

D vitamini və digər mineralların balansında mühüm rol oynayır.

 

Hamiləlikdə dölün normal inkişafı üçün şərtdir.

 

Qan təzyiqi və qan şəkərinin tənzimlənməsində iştirak edir.

 

Erkən və ölü doğum riskini, eləcə də hamiləlik zəhərlənməsi (preeklampsiya) riskini azaldır.

 

Körpənin sümük və diş inkişafına töhfə verir.

 

Hamiləlikdə və südvermə dövründə gündəlik maqnezium qəbul norması

 

Hamilə qadınlar üçün:

 

19-30 yaş arası: 350 mq

 

31 yaş və yuxarı: 360 mq

 

Süd verən analar üçün:

 

19-30 yaş arası: 310 mq

 

31 yaş və yuxarı: 320 mq

 

Maqnezium çatışmazlığının əlamətləri

 

Əgər hamilə qadın maqneziumu kifayət qədər qəbul etmirsə, bu hallarla qarşılaşa bilər:

 

Uşaqlıqda erkən sancılar və doğuş riski

 

Ayaq və qarın bölgəsində ağrılı qıcolmalar

 

Körpədə maqnezium çatışmazlığı ilə doğulma riski

 

Digər əlamətlər:

 

Mədə bulantısı və qusma

 

İştahsızlıq

 

Yuxu pozuntusu

 

Yorğunluq

 

Yaddaş zəifliyi

 

Əzələ zəifliyi

 

Bu simptomlar davam edərsə, hamilə qadın həkimə müraciət etməli və zəruri hallarda maqnezium tərkibli preparatlar qəbul etməlidir.

 

Maqneziumla zəngin qidalar hansılardır?

 

Maqneziumu təbii yollarla qəbul etmək mümkündür. Aşağıdakı qidalarla gündəlik maqnezium ehtiyacınızı qarşılaya bilərsiniz:

 

Badam (80 mq)

 

Yulaf (55 mq)

 

İspanaq (78 mq)

 

Fıstıq (50 mq)

 

Kartof (50 mq)

 

Somon balığı (103 mq)

 

Mərci, banan, bəhməz və digər qidalar

 

Əminə Bayramova

Tarix: 18 Aprel 2025, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin