BURADA REKLAMINIZ OLA
BİLƏR

İzzət Bağırov: Vaxtilə “Hummer” sürəndə harada istəyirdimsə, saxlayırdım, indi isə cərimə gəlir”

Müğənni İzzət Bağırov AYNA-nın cərimələrindən şikayətlənib.

 

Pravda.az xəbər verir ki, “El Canlı” verilişində qonaq olan müğənni cərimələrin ucbatından iki ildir, maşın sürmədiyini deyib.

 

“İki ildir, maşın sürmürəm. Vaxtilə “Hummer” sürəndə harada istəyirdimsə, saxlayırdım. İndi saxlayan kimi cərimə gəlir. Buna görə də sürmürəm. Daha 20 manat cərimə var? 20 manat qurtardı. İndi maşını saxlayırsan, düşürsən, aptekə girib 3 manata dərman alırsan, çıxıb görürsən ki, 40 manat cərimə yazıblar. Maşından çıxdın, iki saniyədə yazırlar”, — o bildirib.

 

Tomris

Tarix: 18 Aprel 2025, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin