BURADA REKLAMINIZ OLA
BİLƏR

Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır?

"Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu barədə "Nuhçıxan" İnformasiya Agentliyinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bildirib.

 

Onun sözlərinə görə, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan hər hansı dini icmanın üzvüdür.

 

"Buna görə də onun din xadimi kimi təqdim olunması tamamilə əsassızdır", - deyə Əli Orucov vurğulayıb.

Tarix: 19 Aprel 2025, 01:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin