BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edildi

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

 

Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub.

 

***

10:42

 

Qubada qaya parçaları yola düşüb.

 

Hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

 

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.

 

APA

Tarix: 19 Aprel 2025, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin