BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağ Ev 200 milyon dollar dəyərində yüzlərlə qrantı ləğv etdi

Ağ Ev ümumi məbləği 200 milyon dollardan çox olan 400-dən çox qrantı ləğv edib.

 

Bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

 

Bildirilir ki, söhbət müxtəliflik, bərabərlik və inklüzivliyin (DEI) irəlilədilməsi üçün nəzərdə tutulmuş qrantlardan gedir.

 

DOGE bəyanatında hansı müxtəliflik, bərabərlik və inklüziv proqramlara qrantların ləğv edildiyini açıqlamayıb.

 

Ağ Ev, həmçinin NPR radiostansiyasını və PBS telekanalını 1.1 milyard dollarlıq maliyyədən məhrum etməyi planlaşdırır.

 

Oxu.az

Tarix: 19 Aprel 2025, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin