BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Bir zamanlar Xorvatiya millisinin və Fransanın "Monako"sunun üzvü olmuş Nikola Pokrivaç yol qəzasında vəfat edib.

 

Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumatına görə, 39 yaşlı veteran futbolçu Karlovatsda zəncirvari qəzada ölüb.

 

Dörd minik avtomobilinin toqquşduğu qəza nəticəsində onunla birlikdə daha bir nəfər həlak olub.

 

Bildirək ki, Pokrivaçın son çıxış etdiyi klub ölkəsinin "Vojniç"i olub.

 

Milli.az

Tarix: 19 Aprel 2025, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin